Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisə həmin evə qayıtdı

Hadisə həmin evə qayıtdı

Tarix: 3 Oktyabr 2022 09:10

Bir neçə gün əvvəl iş adamı Mehmet Dinçerlərlə boşanan müğənni Hadisə yeni ev axtarışına çıxıb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, istədiyi kimi bir mənzil tapa bilməyən sənətçi yenidən bacısının yanına köçüb. 

Bir neçə gün sonra isə o, ayrıldığı Rivadakı evə qayıdıb. Sənətçi 1 illik kirayə pulu əvvəlcədən ödənilən evdə qalmaq qərarı alıb. Mehmet isə hazırda ailəsi ilə birlikdə yaşayır. 

Türk mediasında yer alan məqalədə bildirilib ki, dalbadal 10 konsert verən Hadisə bir tədbirdən 500 min lirə qonorar alacaq. Yəni onun konsertlərdən qazanacağı məbləğ 5 milyon edəcək. 


Etiketlər:  Hadisə həmin evə qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ