Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 16:56
"Rossiya 1" telekanalının efirində yayımlanan "Solovyovla axşam" verlişində erməni əsilli rusiyalı jurnalıst Marqarita Simonyan çıxış edərkən, qalmaqallı teleaparıcı Vladimir Solovyovun verliş öncəsi şəxsi söhbət zamanı dediklərini canlı yayımda təkrar edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Marqarita çıxışı zamanı Solovyova üz tutaraq, onun Kremlin mövqeyi ilə razılaşmayan məmurların Stalin dönəmində olduğu kimi "güllələnməsini" təklif etdiyini xatırladıb.
"Bu tip insanlarla dövlət və xüsusi orqanlarımız mübarizə aparmalıdır. Sənin bayaq mənə təklif etdiyin "onları güllələmək lazımdır" sözlərin ilə razı deyiləm", - deyə Simonyan qeyd edib.
Simonyan, həmçinin Liman məğlubiyyətindən sonra Solovyovun verlişinə gəlmək niyyəti olmadığını da bildirib: "Bura güclə gəldim. Gəlmək istəmirdim. Gəlib nə deyim? Ağılayım?"