Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha 12 narkotik alverçisi tutuldu - VİDEO

Bakıda daha 12 narkotik alverçisi tutuldu - VİDEO

Tarix: 4 Oktyabr 2022 14:24

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Sonxeber.net Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkum olunub.


Etiketlər:  Bakıda daha narkotik alverçisi tutuldu VİDEO


RƏYLƏR