Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mal-qara bazarında qiymətlər necədir? - VİDEO

Mal-qara bazarında qiymətlər necədir? - VİDEO

Tarix: 4 Oktyabr 2022 18:22

Fərqli bazarlar, fərqli qiymətlər...

Bölgələrdə heyvan bazarında fərqli mənzərə müşahidə olunur. Bəzi rayonlarda həm iri və xırdabuynuzlu heyvanların, həm də ətin bahalaşdığı, bəzilərində isə qiymətlərin stabil qaldığı bildirilir. Tovuzdakı satıcıların sözlərinə görə, ötən ilə müqayisədə bu il iribuynuzlu heyvanlar 200-300 manat, xırdabuynuzlu heyvanlar isə 30-50 manat bahalaşıb. Bölgədə dana ətinin qiyməti də 2 manata qədərartıb. Satıcılar qiymət artımını yemin bahalaşması ilə əlaqələndirirlər. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Sabirabadın heyvan bazarında isə satıcılar qiymətlərdən narazıdırlar. 

Bərdə bazarında da satıcılar qiymətlərin aşağı olduğunu bildirirlər. Ancaq alıcılar əksinə, bahalıqdan narazıdırlar. 

Paytaxt bazarları ilə bölgələr arasında ətin qiymətini araşdırdıq. Məlum oldu ki, qiymətlərdə təxminən 2-4 manat fərq var. Yəni paytaxtda ət daha baha satılır. 

Satıcılar deyirlər ki, qiymətlərin baha olmasının səbəblərindən biri də hazırda bölgələrdə heyvan qıtlığının yaşanmasıdır.


Etiketlər:  qara bazarında qiymətlər necədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ