Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən zəngin rusiyalıların sərvəti 94 milyard dollar azalıb

Ən zəngin rusiyalıların sərvəti 94 milyard dollar azalıb

Tarix: 4 Oktyabr 2022 18:30

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 93,616 milyard dollar azalıb.

Ən çox "yoxsullaşan" rusiyalı milyarderlər siyahısına 2022-ci il sentyabrın 1-nə olan məlumata görə, sərvəti 11,2 milyard dollar azalaraq 7,24 milyard dollar təşkil edən "Renova" qrupunun yaradıcısı Viktor Vekselberq başçılıq edir.

"Bloomberg"in Milyarderlər İndeksinə əsasən, ilin əvvəlindən "Severstal"ın direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard dollar itirib və sərvəti 19,1 milyard dollara qədər azalıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 9,66 milyard dollar (hazırki sərvəti 12,8 milyard dollar), Novolipetsk Mettalurgiya Kombinatının direktorlar şurasının sədri Vladimir Lisin isə 9,12 milyard dollar "yoxsullaşıb" (hazırki sərvəti 18,9 milyard dollar).

"Evraz" mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 8,26 milyard dollar itirib. 1 sentyabr 2022-ci il tarixinə onun sərvəti 9,74 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, 2012-ci ilin mart ayından "Bloomberg" xəbər agentliyi planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən Milyarderlər İndeksini dərc edir.


Etiketlər:  zəngin rusiyalıların sərvəti milyard dollar azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ