Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardidən ismarışlı paylaşım - FOTO

İkardidən ismarışlı paylaşım - FOTO

Tarix: 4 Oktyabr 2022 19:34

"Qalatasaray" formasını ilk dəfə "Konyaspor"la matçda geyinən Mauro İkardi, ötən həftə "Adana Demirspor"la vacib matçı (0:0) buraxıb. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun həyat yoldaşı Vanda Nara üçün Argentinaya yollanması səbəb olub. "Adana Demirspor"la səfər matçında iştirak etməməsinə görə tənqid edilən İkardi Türkiyəyə qayıdıb. Ulduz futbolçu təyyarədən paylaşdığı şəkildə "Xoşbəxt qayıdıram", sözlərini yazıb və həm "Qalatasaray"a, həm də Vanda Nara ilə münasibətinə ismarış göndərib.

İkardinin X tur üzrə baş tutacaq "Kayserispor"la matçda oynaması gözlənilir.

Qeyd edək ki, Vanda və Mauro cütlüyü bir müddət öncə ayrıldıqlarını bildirsələr də, yenidən barışıblar.

Milli.Az


Etiketlər:  İkardidən ismarışlı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ