Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qız hərbi komissarlığı yandırmaq istədi

Məktəbli qız hərbi komissarlığı yandırmaq istədi

Tarix: 6 Oktyabr 2022 15:26

Rusiyada, Kazan şəhərinin Sovet məhkəməsi hərbi komissarlığı yandırmağa cəhd edən 11-ci sinifdə oxuyan qızı dekabrın 3-dək ev dustağı edib.

Sonxeber.net bildirir ki, bu barədə "Realnoe Vremya" məlumat yayıb.

Qərar "Qvardeyski" polis idarəsinin müstəntiqinin sorğusu əsasında qəbul edilib. Təqsirləndirilən şəxsin vəkili ev dustaqlığına etiraz etməyib.

Yetkinlik yaşına çatmayan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmələr bağlı qapılar arxasında keçirilib. Şagird əli qandallı məhkəməyə aparılıb. O, həbs olunduqdan sonra iki günü müvəqqəti saxlama təcridxanasında keçirib.

Təqsirləndirilən şəxs 121 saylı liseydə oxuyur. O, başqasının əmlakını ümumi təhlükəli şəkildə qəsdən məhv etməyə cəhddə ittiham olunub.

İrfan Vəliyev


Etiketlər:  Məktəbli qız hərbi komissarlığı yandırmaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ