Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 20:34
Bakıda işlədikləri sərnişindaşıma fəaliyyəti göstərən şirkətdən ayrılan avtobus sürücülərinin hələ də adlarına cərimə protokolları gəlir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onlardan biri 2, digəri isə 4 il əvvəl işlədikləri şirkətdən çıxıblar.
Xezerxeber.az-ın məlumatına görə, bu hadisə ilə Bakı şəhər sakinləri üzləşiblər.
Adil Əzizov 10, Əli Əliyev isə 1 ildən çox 46 nömrəli marşrut xəttində sürücü işləyiblər. Daha sonra öz istəkləri ilə işdən çıxsalar da, sürdükləri avtobusların cərimələri onların adlarına gəlməyə davam edib.
Şikayətçilərin sözlərinə görə, mövcud vəziyyətlə bağlı dəfələrlə marşrut xəttinin qarajına gedərək məsul şəxslərə məlumat veriblər, amma problem həll olunmayıb.
"Xəzər Xəbər" olaraq, biz də sözügedən qarajda olduq, məsələdə adı hallanan Ərşad müəllimlə danışdıq. Öncə bizi qəbul etmək istəməyib üzümüzə qapını bağlasa da, daha sonra açıqlama vermək qərarına gəldi.
Qeyd edək ki, şikayətçilərin verdikləri məlumata görə, çəkilişimizdən dərhal sonra qaraj tərəfindən onların cərimələri ödənilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: