Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanı öldürməsələr, Azərbaycanla sülh müqaviləsi imzalayacaq

Paşinyanı öldürməsələr, Azərbaycanla sülh müqaviləsi imzalayacaq

Tarix: 6 Oktyabr 2022 21:04

Ermənistanın Baş naziri Nikol Paşinyan indiki halda çox mürəkkəb bir vəziyyətdədir. O yaxşı anlayır ki, Ermənistan yanlış, xəyali arzulardan, planlardan əl çəkməli və reallıqla barışmalıdır. Bununla yanaşı Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə qol çəkməlidir. Digər tərəfdən N.Paşinyan da dərk edir ki, erməni cəmiyyəti xəstədir. Cığal, harın, azğın erməni müxalifəti isə hər an Paşinyanı devirmək üçün bəhanə axtarır. Onlar istənilən sülh müqaviləsini millətə xəyanət kimi qiymətləndirib baş nazirin üzərinə, onun hakimiyyətini devirmək üçün gedəcəklər. Ona görə də, N.Paşinyan hazırda belə bir seçim qarşısındadır.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, N.Paşinyan hazırda reallığı tanımaq ya da məsələni uzatmaq kimi bir yol ayrıcında qalıb:

"O düşünür ki, bəlkə şərait dəyişəcək, kimsə gəlib onlara dəstək olacaq. Bu kimi xəyali düşüncələr də var. Ona görə də N.Paşinyan çalışır ki, addım-addım həqiqəti erməni cəmiyyətinə yedizdirsin. İzah etmək istəyir ki, erməni xalqının 30 il və daha çox inandığı fərziyələr həqiqətə uyğun deyil. Onlar həqiqəti dərk etməlidirlər. Bununla da Azərbaycanla sülh müqaviləsi imzalamalı və Qarabağ xəyalı ilə vidalaşmalıdırlar. Paşinyanın sərgiləməyə çalışdığı mövqe buna hesablanıb".

Ekspertin fikrincə, N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmasalar, öldürməsələr o Azərbaycanla sülh müqaviləsi imzalayacaq: "Bununla da o erməni xalqını böyük bir bəladan xilas etmiş olacaq".


Etiketlər:  Paşinyanı öldürməsələr Azərbaycanla sülh müqaviləsi imzalayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ