Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanış olduğu oğlanla otelə gedib içki içən 16 yaşlı qız zorlandı

Tanış olduğu oğlanla otelə gedib içki içən 16 yaşlı qız zorlandı

Tarix: 7 Oktyabr 2022 05:44

Sankt-Peterburqda gənc oğlan 16 yaşlı qızı oteldə zorlayıb.

Milli.Az bildirir ki, bu haqda "Fontanka" xəbər verib.

Nəşrin məlumatına görə, qurban bir oğlanla görüşə gedib: onları bir il əvvəl ortaq dostlar tanış ediblər. Gənc oğlan məktəbli qızı Staro-Peterhof şossesində yerləşən otelə avtomobillə aparıb. Cütlük içki içib, daha sonra müttəhim zərərçəkənin əl-ayağını paltarı ilə bağlayıb və onu zorlayıb. Sonra oğlan qızı buraxıb, o da gedib.

Azyaşlının valideynləri onu xəstəxanaya aparıblar. Həkimlər zərərçəkənin ayaqlarında sıyrıq və qançırlar qeydə alıblar.

Hazırda polis araşdırma aparır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Tanış olduğu oğlanla otelə gedib içki içən 16 yaşlı qız zorlandı


RƏYLƏR