Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

Tarix: 7 Oktyabr 2022 14:26

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov teleqram kanalında yazıb.

O, Rüstəm Muradovun Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edildiyini bildirib.

Qeyd edək ki, R. Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı olub. Hazırda bu vəzifədə general-mayor Andrey Volkovdur.

Milli.Az


Etiketlər:  Rüstəm Muradov yeni vəzifəyə təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ