Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acılı, iztirablı həyat yaşayan Xalq artisti

Acılı, iztirablı həyat yaşayan Xalq artisti

Tarix: 7 Oktyabr 2022 19:05

"Xalqıma, dövlətimə minnətdarlığımı bildirirəm ki, mənim sənətimə ən yüksən qiyməti veriblər. Hər bir kəsin mənə öz xüsusi münasibətini, sevgisini görürəm. Bu hörməti, bu sevgini elə-belədən qazanmamışam. Hər sevginin, hər uğurun arxasında böyük əziyyət, zəhmət durur. Biz sadəcə bu əziyyətləri tamaşaçılara göstərmirik, onları üzməyə bizim ixtiyarımız yoxdur. Tamaşaçının bizim problemlərimizdən, bizim qayğılarımızdan xəbəri olmalı deyil, bu onları maraqlandırmalı deyil, çünki onlar keyfiyyətli musiqi dinləmək istəyir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib.

"Dünyaya gələndən alnıma əzab-əziyyət yazılıb. Uşaqlıq illərindən oxumaq istəmişəm, icazə verməyiblər. Nə səhnəyə gəlməyə, nə də ki, İncəsənət Universitetinə qəbul olmağa. Sonra səhnəyə gəlmişəm, yenə də icazə verməyiblər. Allahıma şükürlər olsun! Ömrümün 80-90 faizi acılı, iztirablı həyat yaşamağa həsr olunub. Sənət adamı ruhlananda bir gündə 5 mahnı yazır, 3 konsert oxuya bilir" deyə sənətkar bildirib.

Xalq artisti aşıq atasını da xatırlayaraq bildirib ki, valideyninin onun sənətin böyük təsiri olub.

"Aşıq mahnıları mənim repertuarımda çoxdur. Mən uşaq yaşlarımdan bu mahnıları oxuyuram. Atam rəhmətlik dövrünün tanınmış aşığı olub. O yuxudan duran kimi sazı sinəsinə basıb oxuyardı. Aşıq musiqisini biz gözəl orkestrlə yazdıq, bütün dünyada tanındı aşıq musiqisi. Atam bilirdi ki, mən oxumaq istəyirəm, o məndə bu sərbəstliyi yaradırdı. Aşıqların deyişməsinə baxırdım, onlardan nələrsə götürürdüm. Mən böyük sənətkarların yanında böyüyüb, boya-başa çatmışam. O sənətkarların heç vaxt bir-birinə qara rəqabətləri yox idi, bir-birlərinə kömək olub, dəstək olurdular. Bu gün aşıq sənəti artıq dövlətin nəzarətindədir. Artıq bizim aşıqlarımız bu musiqini bütün dünyada təbliğ edirlər" deyə sənətkar bildirib.

Xalq artisti Nazpəri Dostəliyeva ona uğur gətirən iki mahnıdan ürək dolusu danışıb.

""Dilbərim" xalq mahnısıdır. Məndən öncə də oxunub, məndən sonra da yəqin ki, gənclərimiz ifa edir, edəcəklər də. Mən çox arzulayardım ki, onlar da musiqi sintezi ilə ifa etsinlər. "Dilbərim" və "Nə olar Allahım ayırma bizi" mahnılarında mənim ürəyimin naləsi var. Mən bu sənətə illər sonra gəldim, vaxtında gəlsəydim çox işlər görərdim. Bu günə qədər gördüyüm işlərlə mən qane olmazdım. O mahnılarda ürəyimin dərinliklərində qalan, basdırılmış fəryadım, vulkan püskürür" deyə sənətkar bildirib.


Etiketlər:  Acılı iztirablı həyat yaşayan Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ