Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan - Polşa oyununda 7 qol vuruldu

Azərbaycan - Polşa oyununda 7 qol vuruldu

Tarix: 7 Oktyabr 2022 23:08

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
 
Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.
 
DÇ-nin seçmə mərhələsi
6-cı qrup
7 oktyabr
 
Azərbaycan - Polşa 4:3
Qol: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.

Milli.Az


Etiketlər:  Azərbaycan Polşa oyununda 7 qol vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ