Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzdəki şişkinliyi aradan qaldırmağın ən sadə üsulu

Üzdəki şişkinliyi aradan qaldırmağın ən sadə üsulu

Tarix: 9 Oktyabr 2022 13:42

Cildə qulluq üsullarında xüsusən tərəvəzlərdən daha çox istifadə olunur. Bəs müxtəlif maska reseptlərində yer alan xiyarın şişkinliyə qarşı müalicəvi xüsusiyyətini bilirdinizmi?

Sonxeber.net Axşam.az-a istinadən xiyarla şişkinliyi azaldan və dəri altında iltihabı aradan qaldıran üsulu təqdim edir.

Öncədən qeyd edək ki, bu tərəvəz nəmləndirici özəlliyə malikdir. Sızanaqlara meylli dərilərdə müşahidə olunan qıcıqlanmanı və iltihabı azaldır.

Belə ki, üzünüzdəki şişkinliyi aradan qaldırmaq üçün bu tərəvəzi soyuducuda bir az dondurmağınız kifayətdir. Dondurulmuş xiyarla üzünüzü və ya bədəninizdə şiş olan bölgəni masaj edin.  

Bunun üçün xiyari dairəvi deyil, ortadan kəsməyiniz məsləhət görülür. Sonra dərini kəsilmiş tərəfi ilə massaj edin.


Etiketlər:  Üzdəki şişkinliyi aradan qaldırmağın sadə üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ