Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ilk dəfə Kiyevi NASAMS HHM sistemləri verəcək

ABŞ ilk dəfə Kiyevi NASAMS HHM sistemləri verəcək

Tarix: 9 Oktyabr 2022 14:52

Amerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək.

İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq.

HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.

Milli.Az


Etiketlər:  ABŞ dəfə Kiyevi NASAMS sistemləri verəcək


RƏYLƏR