Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 21:28
İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın tviter hesabında "Ümid edirəm ki, mənə hörmət edirlər: mən geyəm" yazması təəccüblə qarşılanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, veteran futbolçu qısa müddət sonra hesabının sındırıldığını bildirib.
"Hesabım sındırılıb. Xoşbəxtlikdən hər şey qaydasındadır. Bütün abunəçilərimdən üzr istəyirəm. Və təbii ki, ən çox - LGBT icması qarşısında" - Kasilyas bildirib.
Qeyd edək ki, digər əfsanəvi ispan futbolçu Karles Puyol İkerin ilk paylaşımına maraqlı şərh yazıb:
"Artıq hekayəmizi danışmağın vaxtıdır, İker".