Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölüb-dirilən qadından ŞOK SÖZLƏR: "Tanrı mənə dedi ki..."

Ölüb-dirilən qadından ŞOK SÖZLƏR:

Tarix: 9 Oktyabr 2022 21:52

ABŞ-da öldüyünü və yenidən həyata qayıtdığını iddia edən tibb bacısının sözləri gündəm olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-ın Kentuki ştatında yaşayan 52 yaşlı Peni Vitbrot xəstələndikdən sonra tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya aparılıb və tənəffüs aparatına qoşulub.

İddialara görə, qadının yaşam funksiyaları bu zaman başa çatsa da, o, sonradan həyata qayıdıb.

Peni Vitbrot öldüyü iddia edilən dövrdə yaşadıqlarını danışıb. O bildirib ki, ruhu bədəndən ayrıldıqdan sonra parlaq bir işıq görüb və ilk dəfə nənəsi ilə görüşüb. Peni iddia edir ki, nənəsi ona "sakit qalmalısan" deyib. Tibb bacısı daha sonra dünyada yaşadığı ağrılara görə Allahı məzəmmət etdiyini və gözlənilməz bir vəziyyətlə üzləşdiyini bildirib:

"Ruhum bədəndən ayrıldı və öləndə Tanrının səsini eşitdim. Dünyada çəkdiyim əziyyətə görə onu danladım. O isə dünyada çəkdiyim əziyyətin əvəzini öləndə alacağımı dedi".

Milli.Az


Etiketlər:  Ölüb dirilən qadından ŞOK SÖZLƏR Tanrı mənə dedi ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ