Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 07:18
Bölgədən 500 tibb işçisi könüllü olaraq xüsusi hərbi əməliyyat zonasında işləməyə hazırdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib.
"Həkimlərimiz birbaşa həyat təhlükəsinə baxmayaraq, cəbhə xəttində ləyaqətlə xidmət etməkdə davam edirlər. Lazım gələrsə, Çeçenistan Respublikasının tibb işçiləri arasından daha 500 könüllü onlara qoşulmağa hazırdır ki, bu da onlara dərin hörmətə səbəb olur", - Kadırov yazıb.
O əlavə edib ki, Əhməd Kadırov adına Regional İctimai Fondu Luqanskdakı eyniadlı xəstəxananın maddi-texniki təchizatına və lazımi nəqliyyatın alınmasına 100 milyon rubldan çox töhfə verib.