Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Londonda mağaza və marketlərə “hücum” olub - FOTO

Londonda mağaza və marketlərə “hücum” olub - FOTO

Tarix: 10 Oktyabr 2022 08:54

Oktyabrın 9-da "Animal Rebellion" təşkilatının fəalları "tərəvəzli gələcək" tələbi ilə Londonun mərkəzində keçirilən etiraz aksiyaları çərçivəsində ov və ət dükanlarının vitrinlərinə boya atıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, fəallar "Pall Mall"da ovçuluq və balıqçılıq mağazası olan "Farlows"un üzərinə qırmızı boya töküb, yaxınlıqdakı Sent Ceyms küçəsində yerləşən Uilyam Evansın atıcılıq ləvazimatları mağazasının şüşələrinə boya atıb, digərləri isə supermarketlərdə süd şüşələrini yerə töküblər.

Etirazçılar baş nazir Liz Trass və ətraf mühit naziri Ranil Cayevardeni "iqlim, ətraf mühit və yaşayış dəyəri böhranı" adlandırdıqları problemi həll etməyə çağırıblar.


Etiketlər:  Londonda mağaza marketlərə hücum olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ