Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Tarix: 10 Oktyabr 2022 21:36

FIFA Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb.

Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.

Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib.


Etiketlər:  FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ