Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ərazisi planetin qalan hissəsindən 2,5 dəfə daha sürətlə istiləşir

Rusiya ərazisi planetin qalan hissəsindən 2,5 dəfə daha sürətlə istiləşir

Tarix: 11 Oktyabr 2022 18:12

Qlobal istiləşmə ən çox Rusiyada özünü göstərir. Ölkə ərazisi bütün planetlə müqayisədə 2,5 dəfə daha sürətlə istiləşir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi mətbuat konfransında Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən Roshidrometin rəhbəri İqor Şumakov bildirib.

O qeyd edib ki, ölkə ərazisində hər onillik əvvəlkindən daha isti keçir.

Şumakovun sözlərinə görə, ən sürətli temperatur artımı ölkənin şimal qütb regionunda baş verir. Arktikada dəniz buzlaqlarının sahəsi azalır, daimi donmuş torpaqlar isinir. Nəticədə təhlükəli hava hadisələrinin statistikası artır.

Roshidrometin rəhbəri qeyd edib ki, müşahidə olunan iqlim dəyişikliyinin daha da pisləşməsi ehtimalı yüksəkdir.


Etiketlər:  Rusiya ərazisi planetin qalan hissəsindən dəfə daha sürətlə istiləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ