Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor sataşdığı qadına 100 min dollar verdi

Məşhur aktyor sataşdığı qadına 100 min dollar verdi

Tarix: 12 Oktyabr 2022 17:25

Amerikalı aktyor Bill Mürrey "Being Mortal" filminin çəkiliş meydançasında təcavüzə uğratdığı qadına 100 min dollar ödəyib.

Milli.Az bildirir ki, bu haqda "Puck" xəbər verib.

72 yaşlı sənətçinin şahidlərin iştirakı ilə çəkiliş qrupunun üzvlərindən birinə yaxınlaşdığı iddia edilib. Aktyor onu öpməyə başlayıb, sonra çarpayıda üstünə uzanaraq bədəni ilə əzib. Mürrey özü qadının onunla flört etdiyini iddia edib, lakin qadın jurnalistlərə müsahibəsində "dəhşətə düşdüyünü" etiraf edib.

"Gülməli olduğunu düşündüyüm bir şey etdim, amma belə alınmadı. Hazırda biz ünsiyyət qururuq və bir-birimizlə barışmağa çalışırıq", - deyə Mürrey bu hadisə ilə bağlı bildirib.

Pul ödədikdən sonra Murray və çəkiliş qrupunun üzvü nəhayət münaqişəni həll ediblər. Qadın aktyora və filmin prodüserlərinə qarşı hər hansı iddiadan imtina edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur aktyor sataşdığı qadına dollar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ