Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 11:36
Rusiyada, Mineralnıye Vodı şəhərində naməlum şəxs Rusiya Pensiya Fondunun binasına gələrək qadın müdirinə benzin tökərək yandırıb.
Sonxeber.net bildirir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Telegram kanalında məlumat verib.
Hücumdan sonra qadın sağ qalıb, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsi həbs ediblər. Onlar kişinin belə davranışının səbəblərini araşdırırlar.
Qubernator xəsarət alanın tezliklə sağalmasını arzulayıb. Hələlik baş verənlərlə bağlı başqa təfərrüatlar yoxdur.
İrfan Vəliyev