Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balıqçılar köpək balıqlarının hücumuna məruz qaldılar - VİDEO - FOTO

Balıqçılar köpək balıqlarının hücumuna məruz qaldılar - VİDEO - FOTO

Tarix: 13 Oktyabr 2022 19:16

Qayığı batan balıqçılar köpək balıqlarından yalın əlləri ilə xilas olmaq məcburiyyətində qalıblar. Qorxu dolu anlar ABŞ-ın Luiziana ştatında baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, balıqçılardan uzun müddət xəbər almayan qohumlar bu barədə Sahil Mühafizəsinə xəbər verib. Dərhal axtarış təşkil edilib. Bu işdə yerli yaxtaçılar da kömək ediblər. Fəlakət bölgəsinə helikopter göndərilib və sahildən 40 kilometr aralıda batmış yeddi metrlik qayıq aşkar edilib.

Məlum olub ki, bütün günlərini suda keçirən ekipaj sağ qalıb. Bu müddət ərzində balıqçılar onlara hücum edən köpək balıqları ilə mübarizə aparmalı olublar. Xilas edilələrin ikisinin qollarında köpək balığı dişləməsi yaraları olub. Bundan başqa onlardan birində hipotermiya əlamətləri görünüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabil qiymətləndirilir.

"Əgər qohumlar sahil mühafizəsinə müraciət etməsəydilər və zərərçəkənlər xilasedici jilet geyinməsəydilər, hər şey daha pis bitə bilərdi", - deyə Sahil Mühafizəsindən bildirilib.


Etiketlər:  Balıqçılar köpək balıqlarının hücumuna məruz qaldılar VİDEO FOTO


RƏYLƏR