Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalyardo 8 il çalışdığı klubdan gedir

Qalyardo 8 il çalışdığı klubdan gedir

Tarix: 15 Oktyabr 2022 07:56

Marselo Qalyardo "River Pleyt"in baş məşqçisi postunu tərk edəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, mütəxəssis mövsüm başa çatdıqda Argentina klubundan ayrılacağına qərar verib.

O, 2022-ci ilin sonunda "River Pleyt"dən ayrılacaq. Qalyardo 2014-cü ildən bu komandaya rəhbərlik edir.

Qeyd edək ki, "River Pleyt" Qalyardonun rəhbərliyi altında Argentina çempionu, iki dəfə ölkə kuboku, Superkubok və 2 dəfə Libertadores kubokunu qazanıb.

Milli.Az


Etiketlər:  Qalyardo 8 il çalışdığı klubdan gedir


RƏYLƏR