Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sedasiya ilə uşağı yatırdıb diş müalicəsi beyinə təsir edir- Pediatrdan stomatoloqlara irad

Sedasiya ilə uşağı yatırdıb diş müalicəsi beyinə təsir edir- Pediatrdan  stomatoloqlara irad

Tarix: 15 Oktyabr 2022 23:06

Süd dişlərini təmizləmək üçün saatlarla körpə beynini narkotik analgetik altında "yatızdırmağa" dəyərmi? Mən əvvəl elə bilirdim 15-20 dəq çəkir. Ona görə vacibdirsə, bu üsul ilə stomatoloqa müraciət edin dediyim hallar olub. Sonra pasiyentlərimdən eşitdim ki 2 saat çəkir. Dəhşətə gəldim...

Pediatr Aytən İsmayılzadə sedasiya - yuxuya vermə ilə uşaq dişlərinin müalicəsinin son zamanlar geniş yayıldığından narahat olduğunu açıqlayıb.

" İndi də uşaq stomatoloqlarından özümə düşmən qazanacam. Amma olsun. Bu sedasiya deyilən sadəcə uşağı yatırtmaq deyil. Narkotik analgetik dərmanla bu dünya ilə beynin əlaqəsini kəsməkdir

Necə yatmaqdır ki, dərman bədəndən çıxmayınca çağırsan da, nə etsən də ayılmaz?

İstifadə olunan maddələr beynin koqnitiv funksiyalarına təsir edir. Yaddaş, qavrama, analiz - sintez qabiliyyəti, nitq və bilmədiyimiz digər...

Xüsusən dörd yaşa kimi olmaz,yalnız çox vacib əməliyata görə sedasiya, narkoz istifadə edilməlidir. İndi başlayacaqlar "yox biz yüngül dərman istifadə edirik, yox bunun yan təsiri yoxdur filan"...

Mən şəxsən nə həkim kimi pasiyentlərə məsləhət görmürəm, nə valideyn kimi öz uşaqlarıma etmərəm. İkisi də diş həkimində olub, yüngül müdaxilə də olunub. Sedasiyasız. Əgər hansısa uşaq həkimi yaxın buraxmır və dişlərində dərin kariyes varsa bunu da yolunu tapmaq lazimdir. Ya lazım idi öncədən qorumaq, ya iynəni yerini də keyidib müdaxilə etmək, ya da elə çürük dişlərlə həyata buraxıb arada ürək qapaqlarına nəzarət etmək. Çürük dişlər infeksiya mənbəyidir, amma bunu 2 saat sedasiya ilə müqayisə etsəm elə infeksiyanı seçirəm.

İndi sedasiya ilə müaıicələr niyə yayılıb deyim sizə. Demək, böyüklərlə işləyən stomatoloqlar çox iş görür və yaxşı qazanır. Uşaq diş həkimləri isə sedasiyasız uşaqlarla işləməyin elə də gəlirli olmadığını görür.

Nə istəyirsiz deyin,amma bu belədir. Mən bir neçə uşaq diş həkimi səhifələrini bu səbəbdən izləmədən çıxardım. Hər dəfə 2-3 yaşlı uşaqları boş səbəbdən saatlarla sedasiyada göstərən şəkil videolar artıq əsəblərimə toxunur.
Valideynlər, övladlarınızı qoruyun. Onları kiminsə qazanc mənbəyinə qurban verməyin".

Milli.Az


Etiketlər:  Sedasiya ilə uşağı yatırdıb diş müalicəsi beyinə təsir edir Pediatrdan stomatoloqlara irad


RƏYLƏR