Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 09:48
Çin heç vaxt hegemon kimi çıxış etməyəcək və sərhədlərini genişləndirməyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Çin Kommunist Partiyasının 20-ci Qurultayının açılış mərasimində Çin sədri Si Cinpin deyib.
Çin lideri vurğulayıb ki, ölkəsi müstəqil və sülhsevər xarici siyasətə qətiyyətlə yanaşır.
O əlavə edib ki, Çin hegemonluq və güc siyasətinin bütün formalarına qəti şəkildə qarşıdır və soyuq müharibə düşüncəsini qəbul etmir.
Bununla yanaşı, Çin Xalq Respublikasının sədri ölkəsinin Tayvanla sülh yolu ilə birləşməyə çalışacağını bəyan edib.
O, eyni zamanda qeyd edib ki, bu problemin güc vasitəsi ilə həlli də istisna edilmir.