Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Matç zamanı hakim huşunu itirdi

Matç zamanı hakim huşunu itirdi

Tarix: 16 Oktyabr 2022 13:34

Futbol üzrə Belarus çempionatının 25-ci turunun BATE - "Dinamo" (Brest) komandaları arasında keçirilən oyununun baş hakimi Dmitri Dolya görüş zamanı huşunu itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BATE-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə 12-ci dəqiqədə baş verib.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, hakim qıcolma nəticəsində yerə yıxılıb.

Bundan sonra hakim meydançadan xərəkdə aparılıb və təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Matçın fasiləsində BATE mətbuat xidməti Dolyanın özünə gəldiyi və özünü yaxşı hiss etdiyini bildirib.

Hazırda onun həyatı üçün heç bir problem yoxdur.

Qarşılaşma BATE-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az


Etiketlər:  Matç zamanı hakim huşunu itirdi


RƏYLƏR