Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 19:04
Bakı. Trend:
"Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlayıb. Onun bu quldurluğunun üstü açıldıqdan sonra klubdan qovulub.
Trend-in məlumatına görə, 18 yaşlı futbolçu quldurluq etdiyini boynuna alıb. Futbolçu üzr istəyib və saatın kompensasiyasını ödəyəcəyini deyib.
Qeyd edək ki, Dolberqin saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı.
"Nitsa" 21 yaşlı Dolberqi bu yay "Ayaks"dan 20,5 milyon avroya transfer etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin