Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güzəştli ipoteka bu şəxslərə şamil olunacaq - VİDEO

Güzəştli ipoteka bu şəxslərə şamil olunacaq - VİDEO

Tarix: 17 Oktyabr 2022 18:28

Jurnalistlər üçün güzəştli ipoteka media reyestrindən keçənlərə şamil olunacaq. Bunun üçün isə ilk olaraq media subyektləri qeydiyyatdan keçməlidirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, qeydiyyat media subyektləri üçün mütləq, jurnalistlər üçün isə könüllüdür.

Media reyestrində qeydiyyata düşən jurnalistlərə xüsusi vəsiqə veriləcək. Bu vəsiqə jurnalistin məlumatlarının media reyestrində olduğunu təsdiqləyən sənəddir. Sözügedən vəsiqə ilə jurnalistlər həm sosial ipoteka üçün müraciət edə biləcəklər, həm də bir sıra üstünlüklər qazanacaqlar.

Qurum rəsmisi proses zamanı tələb edilən 20 manat ödənişə də aydınlıq gətirib.

Qeyd edək ki, media reyestrinə daxil olan jurnalistlər üçün güzəştli ipotekanın alınmasında hər hansı say limiti nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Güzəştli ipoteka bu şəxslərə şamil olunacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ