Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB?

Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB?

Tarix: 18 Oktyabr 2022 12:35

Həyat yoldaşı Eşqin Cəlilovdan boşandığı iddia olunan müğənni Aysun İsmayılovanın sosial şəbəkələrdə növbəti şərhi diqqət çəkib.

Sonxeber.net olay-a istinadən yazır ki, o, prodüser Tarix Əliyevin "Ümid ilə gəl" verilişində səslənən fikirlərə münasibət bildirərək şiddət görməsi ilə bağlı iddiaların yayılmasına səbəb olub:

"Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək yox, yaxşı saxlayaraq onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə... Səhvi olanda bir şillə vurmaq olar nə deməkdi? Siz kişilərin səhvi olanda qadın nə etsin? İşin orasıdır, indi elə zəmanədəyik ki, səhvi olmadan ailəni saxlayan qadınlar da döyülüb-söyülür. Bu mövzu mənim yaralı yerimdir. Çox danışaram. Yaxşısı budur, mən susum. Qadına şiddətə yox!".


Etiketlər:  Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB


RƏYLƏR