Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış müğənni xərçəngə qalib gəldi

Tanınmış müğənni xərçəngə qalib gəldi

Tarix: 19 Oktyabr 2022 19:58

Xərçəng xəstəliyindən müalicə olunan müğənni Hakan Özoğuzdan sevindirici xəbər gəlib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "Athena" qrupunun 46 yaşlı gitara ifaçısı Hakan Özoğuz bir müddətdir ki, xərçəng xəstəliyinə qarşı müalicə alır. Bu prosesi ailəsi ilə tənha keçirən müğənninin səhhətinin yaxşı olduğu və xəstəliyə qalib gəlməyə yaxın olduğu öyrənilib.
 
Bununla bağlı jurnalist Arif Hür Hakan Özoğuz sevənlərə məlumat verib: "Hakan Özoğuzun sağlamlıq vəziyyətinin günü-gündən yaxşılaşdığı deyilir. Özoğuzun ailəsi və pərəstişkarlarının böyük dəstəyi onun bu xəstəliyə qalib gəlməsində böyük rol oynayıb. Hakan qaldığı yerdən sənətinə davam edəcək. Başda Hakan Özoğuz başda olmaqla bütün xəstələrə şəfa diləyirəm".

Milli.Az


Etiketlər:  Tanınmış müğənni xərçəngə qalib gəldi


RƏYLƏR