Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 20:30
Tanınmış stilist Anar Ağakişiyev "Elgizlə izlə" verilişinə qonaq olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi proqramda karyerasının ilk illərində yaşadığı çətinliklər barədə söz açıb:
"Karyerama süpürməklə başlamışam. Bakının qapısı haradan açılıb, heç bilmirdim. Savadım da yüksək deyildi... Həmişə düşünmüşəm ki, irəli gedib, hamıdan seçilməliyəm. Bunun üzərində çalışırdım. Mənə gecə zəng vurub, vizaj etmək üçün çağırırdılar. Pulsuz bu işi görürdüm. Düşünürdüm ki, bu işi etsəm, hansısa yeniliyi öyrənəcəyəm... 1999-cu ildə mən vağzaldan düşüb gələndə və anamla kirayədə qalanda kim mənə dəstək göstərmişdi? O çətinliyi uzun müddət gördüm...".