Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın daxili işlər naziri istefa verdi

Britaniyanın daxili işlər naziri istefa verdi

Tarix: 19 Oktyabr 2022 20:34

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman Baş nazir Liz Trasın rəhbərlik etdiyi hökumətin iqtisadi siyasəti ilə razılaşmadığı üçün istefa verib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə PA agentliyi nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl S.Braverman Trası ən yüksək gəlir vergisi dərəcəsini 45%-dən 40%-ə endirməmək qərarına görə açıq şəkildə tənqid etmişdi.

S.Braverman və hakim Mühafizəkarlar Partiyasının bir sıra digər üzvü daha əvvəl elan edilmiş kütləvi vergi islahatları proqramından demək olar ki, tam şəkildə fərqli siyasətin yürüdülməsindən məyus olub.

Bu, sentyabrın əvvəlində qurulan L.Tras hökumətində ikinci nazir istefasıdır. Oktyabrın 14-də baş nazir cəmi 38 gün maliyyə naziri işləmiş Kvazi Kvartenqi vəzifəsindən azad etmişdi. S.Braverman isə bir qədər daha dözümlü olub - 43 gün.


Etiketlər:  Britaniyanın daxili işlər naziri istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ