Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 14:05
Müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında idman zalında lentə alınan yeni görüntülərini paylaşıb. Məşq prosesi zamanı ifaçının yanında həmkarı Eldar Qasımov da olub.
Hər zaman fit və cazibədar görünüşü ilə seçilən 42 yaşlı Nigar bu dəfə də diqqətləri üzərinə çəkməyi bacarıb.
Onun paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.
Məlumat üçün bildirək ki, Nigar Camal uzun müddətdir idmanla məşğuldur. Hətta sənətçi bir müddət əvvəl etdiyi akrobatik hərəkətlərlə gündəmə gələrək müzakirələrə səbəb olmuşdu.
Sonxeber.net Nigar Camalın sözügedən videosunu təqdim edir: