Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laləni indi də Maykl Ceksona oxşatdılar - FOTO

Laləni indi də Maykl Ceksona oxşatdılar - FOTO

Tarix: 20 Oktyabr 2022 20:00

Əməkdar artist Lalə Məmmədovanın 180 dərəcədə imic dəyişimi ətrafında söz-söhbət "acı bağırsaq" kimi uzandıqca-uzanır.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçinin məclislərin birinə hazırlıqdan sonra gözəllik salonunun güzgüsü önündə çəkdirdiyi fotolar sosial şəbəkə əhli tərəfindən "eninə-uzunluğuna" müzakirə olunub.

Lalənin "Instagram" hesabında paylaşdığı şəkillərə izləyicilər şərhləri ilə hücüm çəkiblər.

Onlar Əməkdar artistin imic dəyişiminə ağız büzüblər.

"Bu üz görünüşündən necə razı qala bilər insan?", "Burnu çox uğursuz alınıb. Yaraşmır. Süni görsənir", "Lalə özünü Mayk Ceksona oxşadır. Burun quruluşu sanki gordan gəlib" şərhlərlə Laləni tənqid ediblər.

L.Məmmədova isə yazılanlara əhəmiyyət verməyib.


Etiketlər:  Laləni indi Maykl Ceksona oxşatdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ