Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Tarix: 20 Oktyabr 2022 23:56

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində ilk final görüşünü keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.

İkinci final görüşü oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

Milli.Az


Etiketlər:  Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ