Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnsanları yeməyə dəvət edirsiz, qarşılarına isə boş boşqab qoymusunuz” - nəqliyyat eksperti

“İnsanları yeməyə dəvət edirsiz, qarşılarına isə boş boşqab qoymusunuz” - nəqliyyat eksperti

Tarix: 22 Oktyabr 2022 12:38

Sosial şəbəkələrdə Bakının mərkəzində alatoranlıqda çəkilən avtobusların tıxacsız yollarda şütüdüyünü əks etdirən görüntülər müzakirələrə səbəb olub. Videonu radio aparıcısı Raqif Raufoğlu lentə alıb.

Sözügedən görüntünü Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də paylaşıb. O, əhalini şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etməyə çağırıb:

"Yalnız sübh tezdən deyil, bütün günü bu cür olmasını istəyirsinizsə, şəxsi avtomobillərdən istifadədən imtina edib ictimai nəqliyyatın xidmətindən yararlanın. Daha rahat və tez mənzil başına çatmağın başqa alternativi yoxdur!", deyə paylaşımında qeyd edib. Qurum rəsmisinin bu paylaşımı ciddi müzakirələr doğurub. Şərhlərdə ilk növbədə ictimai nəqliyyatın idarəetməsində nöqsanların olduğuna və avtobusların hərəkətində nizamlılığın, səliqə-səhmanın salınmasına işarə edilib. 

Məsələ ilə bağlı bizim.media-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı da eyni fikirlərə qatılıb.

O, deyib ki, Mais Ağayevin təklifləri, irəli sürdüyü fikirləri təqdirəlayiqdir. Amma öncə ictimai nəqliyyatdakı problem yoluna qoyulmalıdır:

"Sözü deyəndə arxasında da durmaq lazımdır. Vətəndaşları ictimai nəqliyyata çağırırsan. Bəs, bunun qarşılığında ictimai nəqliyyatı verə biləcəksənmi? Problemimiz budur və bu gün bundan danışırıq. İctimai nəqliyyatda avtobusların sayı azdır. Metroda sıxlıq var. O dərəcə sıxlıq var ki, metroya bu gün insanları növbə ilə buraxırlar.

Sən bu insanları avtobusa, metroya necə çağıra bilərsən? Avtobuslara insanları necə dəvət edirsən ki, onların sayı yetərincə deyil. İnsanlar dayanacaqda saatlarla gözləyirlər. Ya məcbur olub sıxlıqda qucaqlaşa-qucaqlaşa gedirlər, ya da manatlıq taksi ümidinə qalırlar. Belə olan mühitdə insanları ictimai nəqliyyata necə dəvət etmək olar? Avtobus harada boş gedib gəlir ki, biz onu görmürük? Təsəvvür edin ki, insanları yeməyə dəvət edirsiz, qarşılarına isə yalnız boş boşqab qoymusuz. Məntiqə sığır?", - deyə ekspert qeyd edib.

Milli.Az


Etiketlər:  İnsanları yeməyə dəvət edirsiz qarşılarına isə boş boşqab qoymusunuz nəqliyyat eksperti


RƏYLƏR