Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Söküntünün yarımçıq qalması təhlükəli vəziyyət yaradıb - VİDEO

Söküntünün yarımçıq qalması təhlükəli vəziyyət yaradıb - VİDEO

Tarix: 22 Oktyabr 2022 16:38

Bakıda köhnə şadlıq saraylarından birinin söküntü işlərinin yarımçıq qalması təhlükəli vəziyyət yaradıb.Obyektin hasara alınmaması təhlükəni daha da artırır. Hər an mişar daşları yaxınlıqdan keçən insanların üstünə düşə bilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, ''Xutor'' kimi tanınan ərazidəki Eldar Babayev küçəsinəki obyektdən gedir.

Obyektin söküntüsü yarımçıq qalıb. Bu isə əsl təhlükə mənbəyidir.

Mişar daşları istənilən an yaxınlıqdan keçən insanların, eləcə də digər nəqliyyat vasitələrinin üzərinə düşə bilər.

Yaxınlıqda yaşayanlar söküntü işlərinin təxminən 1 aydır ki, yarımçıq qaldığını deyirlər. Obyektin hasara alınmaması təhlükəni daha da artırır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirdi ki, məsələ artıq nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Söküntünün yarımçıq qalması təhlükəli vəziyyət yaradıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ