Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum oldu

Sabirabadda Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum oldu

Tarix: 23 Oktyabr 2022 10:16

Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.

Bu barədə Milli.Az-a FHN-dən bildirilib.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Milli.Az


Etiketlər:  Sabirabadda Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum oldu


RƏYLƏR