Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən hücumunun qarşısı necə alındı? - Babək Ələkbərov Arazboyu hücum planından danışdı - VİDEO

Düşmən hücumunun qarşısı necə alındı? - Babək Ələkbərov Arazboyu hücum planından danışdı - VİDEO

Tarix: 23 Oktyabr 2022 11:38

Vətən müharibəsinin 26-cı günü, mənfur düşmən yenə də öz çirkin planlarından əl çəkmirdi. Zəngilan azad olunsa da, onlar bu rayonu yenidən işğal etməyi planlaşdırırdılar. Lakin planları boşa çıxır. Ermənilərdən ibarət xeyli sayda şəxsi heyət bölmələrimiz tərəfindən əsir götürülür. Durmadan irəliləyən ordumuz isə Ağbənd zastavasını azad edir.

Ermənistanın Zəngilan azad edildikdən sonra belə elektrik enerjisini dayandırmaması heç də təsadüfi deyildi. Onlar burda qalmış qüvvələrinə dəstək göndərməklə Zəngilanı yenidən işğal etmək istəyirdilər.. 

Bu döyüşlə Ermənistan ordusunun xeyli sayda xüsusi təyinatlısı əsir götürülür. Həmin hücumda iştirak etmiş erməni zabit Arsen Abqaryan Zəngilan döyüşlərini belə xatırlayır.

Zəngilanda nəyin baş verdiyini anlamayan düşmənə daha bir zərbə Ağbənddə vurulur. 6 saatlıq şiddətli döyüşlə bir nəfər belə itki verilmədən Ağbənd zastavası azad olunur. Bununla yanaşı, Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının daha 21 kənd və qəsəbəsi işğaldan azad edir. 

Ətraflı Xəzər TV-nin süjetində:


Etiketlər:  Düşmən hücumunun qarşısı necə alındı Babək Ələkbərov Arazboyu hücum planından danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ