Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 07:36
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, uçuş zamanı iki qağayı "Su-34"ün mühərriklərinə daxil olub.
"Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər ölüb.