Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İranda Azərbaycanı təhdid edirlər, düşünmürlər ki...'' - Güneyli diplomatdan ədalətli ŞƏRH

''İranda Azərbaycanı təhdid edirlər, düşünmürlər ki...'' - Güneyli diplomatdan ədalətli ŞƏRH

Tarix: 24 Oktyabr 2022 11:30

"Bəziləri Azərbaycana qarşı saxta təhlillər və militarist iddialarla İranı böyük iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə qoyurlar". 

Sonxeber.net xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri və hazırda Qafqaz üzrə siyasi şərhçi Əfşar Süleymani "Azenglish News" saytında çıxan analitik məqaləsində yazıb. Ekspert yazır: 

Boş şüarlarla və Türkiyənin bölgə ilə əlaqələrini şişirdən ekspertlər "Turan NATO-su"ndan qaynaqlanan İran üçün təhlükəsizlik problemlərini gündəmə gətirir və problemin həlli üçün özləri uydurduqları yeganə təkliflə çıxış edirlər. Bu da Azərbaycana qarşı təhdid və hərbi əməliyyatlar yaxud İranla həmsərhəd bölgədə Ermənistana hərbi müdaxilədir. Lakin onlar bu addımın (İrana qarşı) iqtisadi və təhlükəsizlik baxımından böyük mənfi nəticələr verəcəyindən xəbərsizdirlər. Bununla onlar yalnız özlərini İran və İslam Respublikasının tərəfdarı kimi tanıtmaq və fayda əldə etmək üçün belə radikal təhlillərə əl atırlar.

İranda Türkiyənin Naxçıvan-Ermənistan-Azərbaycan-Xəzər dənizi vasitəsilə Orta Asiyaya birləşməsindən narahatlığını ifadə edənlər və Azərbaycan əleyhinə təhdid dolu sözlər səsləndirənlər. Birincisi, onlar məsələni şişirdirlər, ikincisi, Türkiyənin Ermənistanla 600 km sərhədinin olduğunu və yaxın gələcəkdə bu sərhədin açılıb işə düşəcəyini və Türkiyənin bu yolla Azərbaycana çıxış əldə edəcəyini düşünmürlər. Baxmayaraq ki, marşrut bir qədər uzun və xərcləri daha çox ola bilər.


Etiketlər:  İranda Azərbaycanı təhdid edirlər düşünmürlər Güneyli diplomatdan ədalətli ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ