Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 22:58
Myanmar hərbçilərinin Kaçin Müstəqillik Təşkilatının yaradılmasının ildönümünü qeyd edərkən həyata keçirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın insan həlak olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "İrravaddu" nəşri məlumat yayıb.
Hava zərbələri nəticəsində 100-ə yaxın insan yaralanıb.
Qeyd edək ki, KMT 1960-cı il oktyabrın 25-də yaradılıb. O, siyasi təşkilatdır və onun silahlı qanadı olan KMO Myanmar hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Keçən il hərbçilər hakimiyyətə gəldikdən sonra KMO Kaçin ştatında üsyançı əməliyyatlara başlayıb.