Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var

Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var

Tarix: 25 Oktyabr 2022 14:30

Bakıda yaşayış binasında partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal müvafiq dövlət qurumlarının əməkdaşkarı cəlb olunub. Polis əməkdaşlarının köməyi ilə ev sahibi dərhal xəstəxanaya çatdırılıb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda yaşayış binasında partlayış Xəsarət alan var


RƏYLƏR