Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xolesterin analizini ildə neçə dəfə vermək lazımdır?

Xolesterin analizini ildə neçə dəfə vermək  lazımdır?

Tarix: 25 Oktyabr 2022 23:06

Xolesterin damar tutulmasını göstərən analizdir. Onu hər kəs, xüsusən kişilər 20-23 yaşından artıq verməlidir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim Qalina Dcorova ildə neçə dəfə xolesterini yoxlatmaq lazım olduğunu açıqlayıb.
"Əgər 20-23 yaşında xolesterin yoxlanılıbsa, növbəti dəfə 3-5 ildən bir analiz verə bilərsiz. 40 yaşından sonra isə hər il xolesterin yoxlanmalıdır.

Gənc yaşlarda xolesterin yüksək çıxarsa, dərhal müalicə təyin edilmir. Bu o deməkdir ki, həyat tərzi, qidalanmanı dəyişmək lazımdır.

Əgər insanda xəstəlik, genetik faktor yoxdursa, onun xolesterin səviyyəsi 4,8-dən az olmalıdır.

Göstərici 7-8-dən yuxarıdırsa, narahat olmağa əsas var.

İlk növbədə, qalxanvari vəz yoxlanmalıdır, onun işinin pozulması xolesterini yüksəldir. Pozulma varsa, xolesterin salıcı dərmanlar təyin olunur.

Xolesterin orqanizmə lazımlı maddədir. Sadəcə onun normadan artıq olmaması lazımdır.

Qidalarda qızartma, fast-fud, yağlı qidalar, heyvani yağlar olduqda xolesterini artırır.
Yüksək xolesterin yüksək təzyiq, ürək-damar xəstəliyi deməkdir".


Etiketlər:  Xolesterin analizini ildə neçə dəfə vermək lazımdır


RƏYLƏR