Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 17:04
“Mançester Yunayted“də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Skott Maktomini birinci olub. 22 yaşlı yarımmüdafiəçi 48 faiz səslə komada yoldaşları Maso Qrinvud (30 faiz)və Daniel Ceymsi (22 faiz) qabaqlayıb.
O, ötən mövsümün aprelində də ayın oyunçusu seçilmişdi.
Qeyd edək ki, S.Maktomini sentyabrda İngiltərə Premyer Liqasında 3 matçda 1 qol vurub.