Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 17:40
Sevilən müğənni Xumar Qədimova instaqramdakı maraqlı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu gün müğənninin bacısı, duet ortağı Matanın (Əqrəb) ad günüdür. Qədimova bacısını sosial şəbəkədə video yayımlayaraq bu, özəl sözlərlə təbrik edib:
"Evim-eşiyim, yanım-yörəm sənsən Matanım (Əqrəbim). Sən, Xumar Qədimova sənətinin sənətkarısan. Günün mübarək. "Gedirəm" dedin.... Getmə, hər zaman gəl, hər zaman ol, xoşbəxt ol".
Hər zaman fərqli ifaları ilə sevilən və gündəmdə olan Xumar Qədimovanın bu paylaşımına minlərlə bəyəni, yüzlərlə şərh gəlib.
Qeyd edək ki, Xumar Qədimova və bacısı məşhur türk müğənnisi Ahmet Kayanın "Kafama sıkar gederim" mahnısını oxuyub və marağa səbəb olublar.