Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 17:48
Bakı. Ləman Zeynalova - Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırırlar.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, dövlətlər arasındakı birbaşa danışıqlar bu dövlətlərin nümayəndələri tərəfindən elan olunacaq:
“Onu deyə bilərəm ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin razılaşdırması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar. Hələlik tarixlər müəyyənləşdirilir, dəqiq məlumat veriləcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin