Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 10:24
Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Twitter" hesabında bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.
"Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək", - Ermənistan Baş naziri əlavə edib.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.